MARS-A METAL

Haqqımızda

Mars-A Metal Logo

"MARS-A" MMC metal məmulatlarının istehsalı, tədarükü və satışı sahəsində ixtisaslaşmış, etibarlı və peşəkar müəssisədir. Müasir tələblərə uyğun istehsal və təchizat imkanlarımız, geniş məhsul çeşidimiz və müştəriyönümlü xidmət prinsiplərimiz sayəsində tərəfdaşlarımız üçün etibarlı biznes tərəfdaşıyıq. Uzun illərə dayanan təcrübəmiz, peşəkar komandamız və geniş bazar biliklərimiz sayəsində sənaye, tikinti və digər sahələrin metal məhsullara olan tələbatını uğurla qarşılayırıq. Bu gün də şirkətimiz bazarda etibarlı tərəfdaş kimi fəaliyyətini uğurla davam etdirir və inkişaf etdirir.

Vizyonumuz

Yüksək keyfiyyətli və etibarlı metal məmulatları ilə sənaye və tikinti sektorunun tələbatını qarşılayaraq müştərilərimiz üçün dəyər yaratmaq və uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq.

Missiyamız

Metal sənayesində innovativ yanaşma və istehsal gücü ilə regionun aparıcı şirkətlərindən birinə çevrilmək, beynəlxalq bazarlarda rəqabətqabiliyyətli mövqe qazanmaq və sənayenin inkişafına töhfə vermək.

Strateji Məqsədlərimiz

  • İstehsal prosesində yüksək keyfiyyət standartlarını qorumaq
  • Müştəri məmnuniyyətini daim ön planda saxlamaq
  • İstehsal proseslərini davamlı olaraq təkmilləşdirmək
  • Uzunmüddətli və etibarlı tərəfdaşlıq əlaqələri qurmaq
  • İxrac imkanlarının genişləndirilməsi
  • Dürüst və şəffaf biznes prinsiplərinə sadiq qalmaq

Dəyərlərimiz

Keyfiyyət və Standart

Hər bir məhsulumuz ciddi keyfiyyət nəzarətindən keçir və yüksək texniki göstəricilərə malikdir

Etibarlı Tərəfdaşlıq

Müştərilərimiz və tərəfdaşlarımızla uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qururuq.

Peşəkarlıq və Təcrübə

İxtisaslaşmış komandamız və illərin təcrübəsi fəaliyyətimizin əsas gücüdür.

İnnovasiya və İnkişaf

Daim yenilənir, istehsal proseslərimizi optimallaşdırır və bazar tendensiyalarına uyğunlaşırıq.

Məsuliyyət və Şəffaflıq

Biznes etikasına sadiq qalaraq məsuliyyətli və şəffaf fəaliyyət göstəririk.

Niyə Biz?

30 ildən artıq təcrübə
Geniş çeşid və həcm
Keyfiyyətə zəmanət
Sertifikatlı məhsullar
Sərfəli qiymətlər
Əlverişli ödəniş üsulu
Sürətli çatdırılma
Özəl sifarişlərin qəbulu
Yerli istehsal
Fərdi və korporativ əməkdaşlıq
Səhifənin QR kodu +994 12 401 09 06 +994 55 444 91 00 [email protected]