İstehsal Standartı | Kimyəvi tərkibi | Fiziki-Mexaniki xassələri
Metal boru — içi karbon tərkikli poladdan hazırlanmış boş silindrik dairəvi metal məmulatdır. Sənaye, tikinti və kommunal təsərrüfatda geniş istifadə olunur. İstehsal üsuluna görə borular 3 tipdə olur: tikişli (şovlu), tikişsiz (şovsuz) və soba qaynaqlı borular.
İstehsal standartı:
- GOST 8731/32 — tikişsiz (şovsuz) boru
- GOST 10704/05 — tikişli (şovlu) boru
Kimyəvi tərkibi (%):
- St3, St20, St37
- S235, S275 (EN standartına görə)
| Element | Faiz (%) | Təsiri |
|---|---|---|
| Karbon (C) | 0.17-0.24 | Möhkəmlik və sərtlik |
| Manqan (Mn) | 0.35-0.70 | Möhkəmlik, zərbə davamlılığı |
| Silisium (Si) | 0.17-0.37 | Elastiklik |
| Fosfor (P) | ≤ 0.035 | Artarsa kövrəklik yaradır |
| Kükürd (S) | ≤ 0.035 | Qaynaqlanmanı pisləşdirir |
| Dəmir (Fe) | Qalan hissə | Əsas baza |
Mexaniki xassələri:
| Xüsusiyyət | Tikişsiz | Tikişli |
|---|---|---|
| Dartılma möhkəmliyi | 410-550 MPa | 370-510 MPa |
| Axma həddi | 245-355 MPa | 215-315 MPa |
| Uzama (elongation) | ≥ 20-25 % | ≥ 18-22 % |
| Zərbə davamlılığı | Yüksək | Orta |
| Təzyiqə davamlılıq | Çox yüksək | Orta-yüksək |
| Xüsusiyyət | Tikişsiz | Tikişli |
|---|---|---|
| Kimyəvi tərkib | Eyni | Eyni |
| Struktur | Homogen | Qaynaqlı |
| Mexaniki möhkəmlik | Daha yüksək | Bir qədər aşağı |
| Təzyiqə davam | Çox yüksək | Orta-yüksək |
| Qiymət | Bahalı | Daha ucuz |
| Təhlükəsizlik | Maksimum | Standarta bağlı |
Fiziki xassələri:
| Xüsusiyyət | Tikişsiz | Tikişli |
|---|---|---|
| Sıxlıq | ≈ 7850 kg/m³ | ≈ 7850 kg/m³ |
| Ərimə temperaturu | 1450-1520 °C | 1450-1520 °C |
| İstilik keçiriciliyi | 45-60 W/m·K | 45-60 W/m·K |
| Xətti istilik genişlənməsi | (11-13) x 10⁻⁶ 1/°C | (11-13) x 10⁻⁶ 1/°C |
| Elektrik keçiriciliyi | Yaxşı | Yaxşı |
| Maqnit xassəsi | Maqnitlidir | Maqnitlidir (ferromaqnit) |
| İstilik tutumu | 460-500 J/kg·K | 460-500 J/kg·K |
| Korroziyaya davamlılıq | Orta (örtük tələb olunur) | Orta (xarici örtük tələb olunur) |
| Fiziki davamlılıq | Yüksək, tikişsiz olması səbəbindən daha dayanıqlı | Tikiş nöqtəsi, yük və təzyiqə qarşı həssas ola bilər |
Tətbiq sahələri | Üstünlükləri | Məhdudiyyətlər | Satış müddəaları
Tətbiq sahələri:
-
Tikişsiz (şovsuz) boru
- Yüksək təzyiqli neft və qaz kəmərləri
- Buxar və qazan sistemləri
- Energetika (elektrik stansiyaları)
- Neft-kimya və kimya sənayesi
- Hidravlik və pnevmatik sistemlər
- Aviasiya və maşınqayırma
- Yüksək temperatur xətləri
-
Tikişli (şovlu) boru
- Su və kanalizasiya xətləri
- Aşağı və orta təzyiqli qaz sistemləri
- Tikinti və metal konstruksiyalar
- İstilik və havalandırma (HVAC)
- Sənaye boru xətləri
- Neft və qaz paylayıcı xətlər
- Hasar, dirək, karkas sistemləri
Üstünlükləri:
-
Tikişsiz (şovsuz)
- Tikiş olmadığı üçün zəif nöqtə yoxdur
- Çox yüksək təzyiqə və temperaturaya davamlıdır
- Homogen metal strukturu
- Uzunmüddətli və təhlükəsiz istismar
- Zərbə və yorulma (fatigue) müqaviməti yüksəkdir
- Kriogen və yüksək temperatur mühitlərdə etibarlıdır
-
Tikişli (şovlu)
- Daha ucuz və iqtisadi
- Böyük diametrlərdə asan istehsal olunur
- Geniş ölçü və qalınlıq çeşidi
- Asan tapılır və sürətli tədarük edilir
- Müasir ERW texnologiyasında tikiş möhkəmliyi yüksəkdir
- Quraşdırılması rahatdır
Məhdudiyyətlər:
-
Tikişsiz (şovsuz) boru
- Qiyməti bahadır
- Böyük diametrlərdə tapılması çətindir
- İstehsalı mürəkkəb və enerji tutumludu
- Ölçü və qalınlıq çeşidləri məhduddur
- Bəzən tədarük müddəti uzun olur
-
Tikişli (şovlu) boru
- Qaynaqlı tikiş potensial zəif nöqtədir
- Yüksək təzyiq və temperatur üçün məhduddur
- Zərbə və yorulma davamlılığı tikişsizdən aşağıdır
- Korroziya tikiş zonasında daha tez başlaya bilər
- Kritik təhlükəsizlik sahələrində istifadəsi məhduddur
Satış Müddəaları:
- Boru qiyməti ölçü, qalınlığa və tipinə (şovlu, şovsuz) görə müəyyən olunur. Qiymət metr başına bildirilir.
- Boru tələbi say (eded) olaraq keçilir, boru uzunluğu şovlu - 6m vəya 12m, şovsuz 7.85m olur.
- Alıcıya istəyinə əsasən müvafiq sənədlər təqdim edilir (müqavilə, təhvil-təslim aktı, qaimə-faktura, yol qaiməsi, çəki vərəqəsi, kassa çeki, labaratoriya test analizi, sertifikat və s.).
